ADAU-da "Auditoriyadan Tarlaya" adlı layihə həyata keçiriləcək

ADAU-da "Auditoriyadan Tarlaya" adlı layihə həyata keçiriləcək 

25 yanvar 2020-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin 2 saylı Tələbə Evinin iclas zalında təqdimat mərasimi keçirilib.

Faktinfo.az xəbər verir ki,Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Dövlət Aqrar Universitetinin ev sahibliyi ilə "Auditoriyadan Tarlaya” adlı layihə həyata keçiriləcək.

"Auditoriyadan Tarlaya" layihəsinin rəhbəri, Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Gənclər Təşkilatının sədri Orxan Muradzadə bildirib ki, layihənin keçirilməsində məqsəd region gənclərinin ictimai fəallığının artırılması, layihənin ünvanlandığı gənclər qrupunun respublikamızda dövlətin aqrar sahəyə ayırdığı diqqətlə bağlı məlumatlandırılması, bu sahə üzrə kadr hazırlığının önəminin əyani yollarla çatdırılmasıdır. Eyni zamanda aqrar sahədə  problemləri həllində məhz gənclərin şəbəkələşməsinin zəruriliyini təmin etmək, onların bu problemlərin həllində təşəbbüslərinin artırılmasına nail olmaq və bu kimi məsələlərin həllində gənclərin rolunu artırmaq da əsas hədəflərdəndir. 

Yayihə çərçivəsində "Auditoriya və praktika”, "Aqrar sahəyə marağı artırmaq üçün nə etmək lazımdır?", "Fermer yerli aqronoma inanırmı?" adlı maarifləndirici təlimlər keçiriləcək, layihə iştirakçılarının Azərbaycan Dövlət Aqrar Universitetinin Tədris-təcrübə təsərrüfatına ekskursiyası təşkil olunacaq. Layihənin sonunda iştirakçıların sertifikatlarla mükafatlandırılması nəzərdə tutulub.

Layihənin gedişatı haqqında mütəmadi olaraq mətbuat vasitəsilə ictimaiyyətə məlumat veriləcək.

ADAU-da "Auditoriyadan Tarlaya" adlı layihə həyata keçiriləcəkADAU-da "Auditoriyadan Tarlaya" adlı layihə həyata keçiriləcəkADAU-da "Auditoriyadan Tarlaya" adlı layihə həyata keçiriləcəkADAU-da "Auditoriyadan Tarlaya" adlı layihə həyata keçiriləcəkADAU-da "Auditoriyadan Tarlaya" adlı layihə həyata keçiriləcəkADAU-da "Auditoriyadan Tarlaya" adlı layihə həyata keçiriləcək
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi