ADAU ilə Türkiyənin Fırat Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb-

ADAU ilə Türkiyənin Fırat Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb- - FOTO

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Fırat Universiteti arasında protokol imzalanıb.

Faktinfo.az xəbər verir ki,imzalanan protokolun əsas məqsədi hər iki universitet arasındakı əməkdaşlığın daha da gücləndirilməsidir. Onlayn görüş zamanı ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov univeristetin tarixi və bu günü haqqında Fırat Universitetinin rektoru professor Fahrettin Göktaşa ətraflı məlumat verib. Universitetlər arası tərafdaşlığın aspektləri müəyyənləşdirilib. Eyni zamanda təhsil ocağının rəhbəri Fırat Universiteti ilə baytarlıq, mühəndislik və balıqçılıq ixtisasları üzrə ikili diplomların tətbiqi məsələsini də müzakirə edib. Fırat Universitetinin rektoru professor Fahrettin Göktaş isə görüşdən məmnunluq duyduğunu, qarşılıqlı əlaqələrin hər iki tərəf üçün faydalı olacağını bildirib. Bu sahədə tələbə-müəllim mübadiləsinin önəmli olduğunu vurğulayıb. Qeyd edək ki, Fırat Universiteti 1975-ci ildən fəaliyyət göstərir. Universitet 45 min tələbəsi ilə Şərqi Anadolunun ən böyük təhsil müəssisələrindən biridir. Universitetin baytarlıq fakültəsi Türkiyədə reytinq cədvəlində təhsil keyfiyyətinə görə 2-ci, mühəndislik fakultəsi isə 6-cı yerdədir. Həmçinin, Türkiyədəki təhsil ocaqları arasında Fırat Universitetinin kampusu ilk onluqda yerləşir.

ADAU ilə Türkiyənin Fırat Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb-ADAU ilə Türkiyənin Fırat Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb-ADAU ilə Türkiyənin Fırat Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi