ADAU-nun doktorantı ABŞ-ın İllinoys Universitetində tədqiqat aparır

ADAU-nun doktorantı ABŞ-ın İllinoys Universitetində tədqiqat aparır 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bitkiçilik və bitki mühafizəsi kafedrasının doktorantı və müəllimi Sahil Rəhman oğlu Quliyev 2016-ci ilin avqustun 19-dan noyabrın 8-dək ABŞ-ın İllinoys Universitetində professor Mohammad Babadoostun rəhbərliyi ilə elmi-praktik təcrübə keçmişdir.

Faktinfo.az xəbər verir ki,Universitetdə bitki mühafizəsi sahəsi üzrə kadr hazırlığının daha da təkmilləşdirilməsinə, yeni yaradılmış bitki klinikasının fəaliyyətinin genişləndirilməsinə elmi-metodiki dəstək göstərilməsi məqsədilə S.R.Quliyev 2017-ci ilin iyunun 6-dan sentyabrın 30-dək qeyd olunan universitetə yenidən təcrübəyə göndərilmişdir.

Hazırda o, İllinoys Ştatının təsərrüfatlarında meyvə-tərəvəz bitkilərində bakteriya, virus və göbələk xəstəliklərini açıq və istixana şəraitində müşahidə edir, xəstə bitki nümünələrini götürərək professor M. Babadoostun rəhbərliyi və qeyd olunan universitetin Bitki klinikası laboratoriyasının əməkdaşı Diane Elizabetlə diaqnostika aparır, qida mühitlərində patogenləri təhlil edir.

Qeyd etmək lazımdır ki, ABŞ-ın Urbana-Şampeyn İllinoys Universitetinin əsası 1867-ci ildə qoyulmuşdur. Universitet dünyanın aparıcı ali təhsil müəssisələrindən biri olmaqla, tələbələrinin sayı 44000-dir. ABŞ-ın 37 torpaq-qrant universitetlərindən biridir. Burada demək olar ki, bütün ştatlardan və dünyanın 100-dən çox ölkəsindən olan tələbələr təhsil alırlar. Universitetin məzunlarından 23 nəfəri Nobel Mükafatına layiq görülüb.

ADAU-nun doktorantı ABŞ-ın İllinoys Universitetində tədqiqat aparırADAU-nun doktorantı ABŞ-ın İllinoys Universitetində tədqiqat aparırADAU-nun doktorantı ABŞ-ın İllinoys Universitetində tədqiqat aparır
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi