ADP sədri bir sıra saytlara qarşı məhkəmə iddiası qaldırır

ADP sədri bir sıra saytlara qarşı məhkəmə iddiası qaldırır –Partiya qərar verib

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Faktinfo.az xəbər verir ki,toplantıda bir sıra ictimai-siyasi məsələlər müzakirə edilib.

Toplantı iştirakçıları ilk növbədə Avstriyada bir neçə məscidin bağlanması və din xadimlərinin adı çəkilən ölkədən deportasiya edilməsi məsələsinə münasibət bildirib. Partiya yetkililəri bu və Avropanın digər ölkələrində baş verən digər anoloji faktların ardıcıl xarakter almasından, islamafobiyanın güclənməsindən ciddi narahat olduğunu bildirib, özünü dünyada demokratiyanın beşiyi sayan Avropada bu cür faktların qabarmasını, beynəlxalq hüquq qaydalarına, insan hüquq və azadlıqlarına zidd olduğunu vurğulayıblar.

O cümlədən,İdarə Heyəti son günlər Modern.az, Biq.az, Ölkə.az, Oxu.az, Report.az, və digər saytlarda prezidentliyə keçmiş namizəd ADP sədri S.Cəlaloğlunun şərəf və ləyaqətini alçaldan, onun işgüzar nüfuzuna zərbə vuran, böhtan və qarayaxma kampaniyası ilə bağlı da müzakirələr aparmış və müzakirələrin nəticəsi olaraq adı çəkilən saytlara qarşı məhkəmə davasının açılması ilə bağlı qərar qəbul edilmişdir.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi