ADU-dan işdən azad edilmiş müəllim bəyan etdi:

ADU-dan işdən azad edilmiş müəllim bəyan etdi: “Bu mənim təhlükəsizliyimə hədədir”

Azərbaycan Dillər Universitetinin işdən azad edilmiş müəlliməsi, dissertantı Pərvin Mürsəlova universitetdə baş verən olaylarla bağlı növbəti yazı ilə çıxış edib.

Onun “Yeni Sabah”a təqdim etdiyi yazının qısa xülasəsini təqdim edirik. P. Mürsəlova bildirib ki,  ADU-nun rektorunun müdafiəsinə qalxan Əfqan Abdullayev haqqında iddia olunan müddəalarından belə aydın olur ki, son il yarım ərzində işdən kənarlaşdırılan kadrların böyük əksəriyyəti bu iki şəxs – Kamal Abdulla və Ə. Abdullayev arasında olan ciddi ədavətin qurbanlarıdır. “Məhz bu səbəbdən də universitetdə təmizləmə siyasəti həyata keçirmiş” yazan P. Mürsəlova qeyd edir ki, Universitet rəhbərliyinin nöqsanları haqda dekabr ayında Təhsil Nazirliyinə ünvanladığı ərizə rektora məlum olan vaxtdan etibarən Kamal Abdulla dəfələrlə deyirdi ki, “bunları öyrədən var”. 

...Məqalələrdə dərc olunan fikirlər sübut edir ki, ADU-da ciddi rəhbərlik qüsurları var. Mən sadəcə təhsilin  inkişafı naminə akademik Kamal Abdulla və proffessor Əfqan Abdullayevə bir mütəxəsis müəllimə kimi tövsiyyə edirəm ki, öz problemlərini müdrik rəhbərlər kimi müzakirəyə qoyub həll etsinlər. ADU daxilində və xaricində olan şəxsləri bu qeyri-konstruktiv məsələyə qarışdırmaq heç də etik görünmür! 

P. Mürsəlova bildirir ki, K. Abdullanı qızğın həvəslə müdafiə edən məqalələrdə qeyd olunub ki, Əfqan Abdullayev iki ildir qanunsuz olaraq prorektor vəzifəsini icra edirmiş: “Kamal Abdulla iki ildir hara baxırsız? Bu iki ildə yəqin ki, Əfqan Abdullayev prorektor maaşı alıb və sizi müdafiə edən məqalənin iddialarından belə aydın olur ki, universitetin ən vacib vəzifələrindən biri sayılan  tədris işləri üzrə prorektorluq səlahiyyətsiz şəxs tərəfindən icra olunurmuş... Əgər bu iddia doğrudursa, belə çıxır ki, siz və sizin rəhbərliyiniz altında ciddi qanun pozuntuları var, ölkə iqtisadiyyatına və ictimaiətinə qarşı təxribat baş verir”.

İşdən kənarlaşdırılan müllimə iddia edir ki, rektorun subyektiv və qeyri-obyektiv yanaşma tərzi onda olan rəhbərlik qüsurlarının bariz nümunəsidir. “Misal üçün necə oldu ki, sizin kimdən xoşunuz gəlmirsə, kim haqlı etiraz edirsə sənədləri saxta çıxır? Vüsalə Ağabəylinin dekan seçkiləri ilə bağlı sənədləri saxta çıxdı, YAP Qadınlar Şurasının sədri olmağı ilə bağlı sənədləri saxta çıxdı, indi də Əfqan Abdullayevin də sənədləri saxtalığı üzə çıxdı?..”

P. Mürsəlova yazısında qeyd edib ki, 16.02.2019 tarixdə dərc olunmuş “’Necə oldu ki, o şəxs prezident olduğu halda siz ADU sərhədlərini aşa bilmədiniz?” adlı məqalədə “yumurta sınması bir həyatın bitməsi” kinayəsini özü və yaxınlarının həyatına və təhlükəsizliyinə qarşı bir hədə kimi qiymətləndirir. 

Səsləndirilən iddialarla bağlı  “Yeni Sabah”a açıqlama verən ADU-nun mətbuat katibi Ağa Cəfərli qeyd edib ki, Pərvin Mürsəlova yol verdiyi nöqsanlara görə işindən azad olunub:

“Bundan sonra sosial şəbəkələrdə, mətbuatda Azərbaycan Dillər Universitetinin ünvanına şər, böhtan yağdırmağa başlayıb. Bu yazı da həmin yazıların davamı kimi qiymətləndirilə bilər. Bir daha xatırlatmağı borc bilirəm ki, Azərbaycan Dillər Universitetinin Elmi Şurası universitetin ünvanına şər, böhtan yağdıran şəxslərin, ağ yalan yazan saytların məhkəməyə verilməsi haqqında qərar qəbul edib. Ona görə də bundan sonra hamını daha diqqətli olmağa çağırırıq”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi