“ADY” QSC-DƏ İSLAHATLAR: İnfrastuktur Departamenti başlanğıcdır

“ADY” QSC-DƏ İSLAHATLAR: İnfrastuktur Departamenti başlanğıcdır 

Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları" QSC-də yeni dönəm başlayır" başlıqlı məqalədə bir sıra məqamları önə çəkmişdik, QSC-yə yeni sədrin kənardan gətiriləcəyini vurğulamışdıq.

 Məqalədən bir neçə gün sonra ölkə prezidentinin sərəncamına əsasən, Rövşən Rüstəmov quruma yeni sədr təyin olundu.


 Faktinfo.az saytı hazırda onu bildirir ki, "Azərbaycan Dəmir Yolları" QSC-də islahatlar qaçılmaz olacaq. Orada indiki aparıcı korpusla işlənilməyəcək. Bu tədricən həyata keçirilsə belə, nəticə ilə tamamlanacaq. Hətta, aparılan müstəqil audit yoxlamalarından sonra bir sıra həbslərin baş verə biləcəyini ehtimal etmək olar. "ADY" QSC-yə təyin olunmuş yeni sədrə qarşı müqavimət, dirəniş də yersizdir. Əksnə, gözləniləndir ki, yeni sədr "Dəmir Yolu Vağzalı”nda yüksək məbləğdə icarədə olan mağazalardan gələn gəlirin hansı məbləğ həddinə qədər rəsmiləşdirilməsindən tutmuş, oradakı bütün gəlir gətirən ticarət obyektlərinə, maşınların park edilməsinə və dəmir yolunun mühafizə zolağına yaxın ərazilərdə tikilən evlərə nəyin qarşılığında yol verildiyinə qədər bütün incəlikləri həll etsin.Hətta mümkündür ki,bir çox şəxslərin aylıq əməkhaqlarından əlavə əməkhaqı qədər kartlarına aylıq əlavələrin edilməsi araşdırılsın.


 Faktinfo.az saytı əldə etdiyi məlumata əsasən bildirir ki, dəmir yolu sistemində uzun illər kök salmış şəxslər hardasa narahat olmağa başlayıb. Yeni sədr Rövşən Rüstəmovun maksimum səhvsiz davranacağı, heç kimə güzəştə getməyəcəyi, maliyyə, mühasibatlıq şöbələrində islahatlar aparacağı, Tikinti və İnfrastruktur Departamentlərində və s. kadr dəyişikliyinə yol verəcəyi gözlənilir. Çünki, üst səviyyədə göstərişin olduğunu nəzərə alsaq, onda buna rəğmən "Azərbaycan Dəmir Yolları" QSC-nin yaxın illərdə tədricən rentabelli bir quruma çevrilib, paralel olaraq, dövlət büdcəsindən aldığı dotasiyanın həcmini minimuma endirəcəyini təxmin etmək olar. Bu təqdirdə, kiməsə güzəştin olacağı ağlabatan görünmür. Bu halda birinci mərhələ kimi orada qohum-əqrəba idarəçiliyinin aradan qaldırılacağını təxmin etmək də mümkündür.

 

 Elə bir az əvvəl Rövşən Rüstəmovun birdən-birə uzun illərdən bəri "ADY" QSC-nin İnfrastruktur Departamentinin rəisi vəzifəsini tutmuş Fizuli Quliyevi Elçin Zülfüqarovla əvəzləməsinin özü əsaslandırılmamış təyinata oxşamır. Çünki, İnfrastruktur Departamentində narazılıqlar olub və bu indi də var. İnfrastruktur Departamentində önəmli vəzifələri keçmiş departament rəisinin yaxın ətrafı ilə bölüşməsi buna əsas verib. Əfqan İsrafilov İnfrastruktur Departamentinə baş mühəndis təyin edilib. Bu üstünlükdən sonra Əfqan İsrafilov da Xəlil və İxtiyar adlı yaxınlarını (soyadlarını dəqiqləşdirə bilmədik) vəzifələrə yerləşdirib. Xəlil Yol Xidmətinin, İxtiyar isə Biləcəri yol Sahəsinin rəisi təyin olunublar. Beləcə, yaxın çevrə idarəçiliyi formalaşıb. Belə hallar "Azərbaycan Dəmir Yolları" QSC-nin bütün departamentlərində adi hala çevrilib, layiq oldu-olmadı qohum-qardaş işə gətirilib.

 

 Odur ki, "ADY" QSC-nin bütün departamentlərində yerdəyişmələrin aparılacağı, təsadüfi şəxslərin qurumdan kənarlaşdırılacağı başa düşüləndir. Təbii bu islahatları "ixtisarlar aparılır" kimi tirajlayanlar olacaq, amma aparılacaq kadr dəyişiklikləri həqiqətən tərəfsiz və təmənnasız xarakter daşıyacaqsa,Azərbaycan Dəmir Yolları" QSC-nin inkişafı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında Rövşən Rüstəmovun adı ilə bağlanacaq.

FAKTİNFO.AZ




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi