AFFA sərt tənqid olundu-

AFFA sərt tənqid olundu- "Azərbaycan millisi futbol tarixində seçmə mərhələni 1 xalla başa vurdu"

Daha bir seçmə mərhələ başa çatdı. Azərbaycan millisi tarixində ən biabırçı nəticəni göstərərək seçmə mərhələni 1 xalla başa vurdu.

Faktinfo.az offsideplus.az-a istinadən xəbər verir ki, tanınmış telejurnalist İlkin Xəlilov AFFA-nı sərt tənqid edib:İndiyədək belə zəif göstərici ilk dəfə qatıldığımız seçmə tsikldə - AVRO-96-da qeydə alınmışdı. O zaman milli komandanın yeni formalaşması, beynəlxalq oyun təcrübəsinin yoxluğu, ev oyunları Bakıda yox, Trabzonda keçirməyimiz kimi amillər 1 xala müəyyən bəraət qazandırırdı.

Amma indi... AFFA illik 24 milyonluq büdcəyə malik olmasına, dövlətdən hər cür dəstək almasına baxmayaraq normal milli komanda yarada bilmir. Nə aşağı yaş qrupları üzrə yığmalarda nəticə var, nə də əsas millidə.

Azərbaycan seçmə mərhələdə 1 xal toplamaqla Avropanın 55 ölkəsi arasında yalnız San-Marino və Cəbəllütariqi qabaqladı. Hətta Andorra, Lixtenşteyn, Malta, Farer adaları kimi komandalar belə, AVRO-2020-nin seçmə mərhələsində bizim yığmadan çox xal topladı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi