Ağlayaraq istefa verən AKP sədrinin sabiq müavini Ərdoğanla müxalifəti toqquşdurdu:"Həyat yoldaşı ilə təhdid ediblər"

Ağlayaraq istefa verən AKP sədrinin sabiq müavini Ərdoğanla müxalifəti toqquşdurdu:"Həyat yoldaşı ilə təhdid ediblər" 

Prezident Ərdoğanın tələbi ilə oktyabrın 30-da göz yaşı içində istefa verən Balıkesir Böyükşəhər Bələdiyyəsinin sədri, AKP-də müxtəlif vəzifələri tutmuş Ahmet Edib Uğurun açıqlamaları Türkiyədə iqtidarla müxalifəti üz-üzə gətirib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, istefa qərarını açıqlayarkən bələdiyyə sədrinin ağlaya-ağlaya səsləndirdiyi fikirlər ana müxaifət partiyası CHP ilə yanaşı, cəmiyyətin bir sıra ictimai təşkilatları tərəfindən çox sərt qarşılanıb.

Belə ki, keçmiş bələdiyyə sədrinin "istefaya getməyim üçün ailəmi təhdid etdilər" açıqlamasından sonra CHP ölkənin siyasi sisteminin təhlükəli vəziyyətdə olduğunu bəyan edərək, prokurorluğun niyə cinayət işi açıb, faktı araşdırmadığını qabartmağa başlayıb: "Böyük bir bələdiyyənin sədri toplumun önündə ailəsinin təhdid edildiyini açıqlayıb. Anlayırıq, ölkənin məhkəmə sistemi AKP-dən aslı vəziyyətə düşüb. Bəs, prokurorluq bu faktla bağlı niyə cinayət işi açmır? AKP iqtidarı xalqın seçdiyi şəxsləri bu cür zor və təhdidlərlə necə istefaya məcbur edə bilər? Bu, hansı demokratiyaya, qanuna sığar?".

CHP-nin Balıkesirdən seçilmiş deputatı Namik Havutça da Edib Uğurun ailəsinin həqiqətən təhdid olunduğunu iddia edib: "Bizə çatan məlumata görə, həyat yoldaşının təhdid etməklə, cənab Edib Uğuru istefaya zorlayıblar. Onun xanımını FETÖ ilə əlaqələndirməyə cəhd edərək, bir gün prokurorluqda saxlayıblar". 

CHP-dən və ölkənin müxtəlif dairələrindən Edib Uğurun ağlayaraq istefa verməsinə ard-arda gələn etirazlara prezident Ərdoğan da reaksiya verib.

Hökumət sözçüsü İbrahim Qalın deyib ki, Ərdoğan Azərbaycandan döndükdən dərhal sonra Edib Uğurun açıqlaması və CHP-nin etirazları ilə maraqlanıb: "Cənab prezident eynən belə dedi ki, Edib Uğur bələdiyyə sədri olub, belə hallarda nə etmək lazım olduğunu yaxşı bilir. Yəni əgər ona qarşı bir təhdid, təzyiq olubsa, məhkəməyə verə bilər. Ancaq bizdə onun və ya ailəsinin təhdid olunması haqda məlumat yoxdur".

Ağlayaraq istefa verən Edib Uğur isə "Star TV"yə açıqlamasında ölkənin gündəmini zəbt edən istefasının yaratdığı "dartışma"ya və həyat yoldaşının bir gün saxlanılma iddiasına çox qısa cavab verib: "Həyat yoldaşım saxlanılmayıb. Hazırda istirahətdəyəm, bir müddət dincələcəm". 

Xatırladaq ki, Ahmet Edib Uğur imətbuat konfransı keçirərək, göz yaşı içində stefa qərarını təhdid edilməsi ilə əlaqələndirib: "Külli iradəyə tabe olaraq iradəmə zidd oaraq bələdiyyə sədri vəzifəsindən və AKP-dən istefa verirəm. Korrupsiya yox, digər qanunsuzluqlar yox, FETÖ ilə bağlantı yox, ancaq ailəmə qədər basqılar, təhdidlər var.  Nə yazıq ki, AKP-də qalmaq, siyasətə məşğul olmaq artıq mümkün deyil. Sizi Allaha tapşırıram. Ailəmə isə sonsuz təşəkkür edirəm…".

Qeyd edək ki, Prezident Ərdoğan ötən seçkidə istənilən nəticəni ala bilmədiyi Ankara, İstanbul, Bursa və Balıkesirin AKP üzvləri olan bələdiyyə sədrlərindən istefa vermələrini tələb etmişdi. İstanbul, Ankara və Bursa böyük şəhər bələdiyyələrinin sədrləri sıra ilə istefa versə də, Edib Uğur oktyabrın 30-dək postunda qalmağa dirənirdi…

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi