Ağstafa Aqrar Sənaye Kompleksi fəaliyyətini dayandırıb

Ağstafa Aqrar Sənaye Kompleksi fəaliyyətini dayandırıb 

"Ağstafa Aqrar Sənaye Kompleksi" (AASK) fəaliyyətini dayandırıb.

Bu barədə Faktinfo.az saytına bölgədən məlumat verilib.Bildirilir ki, 350-dən çox işçisi olan, milyon manatlarla investisiya qoyuluşu olan müəssisənin fəaliyyətini dayandırması orada çalışan şəxslərin narahatlığına səbəb olub.

Yaranmış vəziyyətlə bağlı AASK Müşahidə Şurasının sədri, Almaniyanın "RAO Global Group" şirkətinin direktoru Rəsul Orucovla əlaqə saxlamaq mümkün olmayıb. Məsələyə münasibət öyrənmək mümkün olduğu təqdirdə mövzuya qayıdacağıq.

Qeyd edək ki, "Ağstafa Aqrar Sənaye Kompleksi" (AASK) bütün növ kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, istehsalı, idxalı, ixracı, emalı və satışı, o cümlədən aqroservis xidmətləri ilə məşğul olmaq üçün geniş imkanlara malik olub.

Onu da xatırladaq ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir müddət əvvəl  Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında iştirak edib.

Faktinfo.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi