Ağstafa RİH-nin müavininin qardaşı narkotiklə saxlanıldı

Ağstafa RİH-nin müavininin qardaşı narkotiklə saxlanıldı 

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyevin qardaşı Babək Hacıyev narkotik maddə olan heroinlə saxlanılıb.

Faktinfo.az xəbər verir ki,bu barədə Aşağı Kəsəmən Ağstafa səhifəsi məlumat yayıb.Məlumata görə,1968-ci il təvəllüdlü Babək Hacıyev polisin bu gün keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik maddə ilə saxlanılıb.Onun üzərinə baxış keçirilən zaman dörd qram heroin aşkarlanıb. Məlumata görə, icra başçısı müavininin qardaşının avtomobilində də külli miqdarda narkotik maddə aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, iyunun 23-də Ağstafada rayonun Mədəniyyət Evinin direktoru Vaqif Rafiq oğlu Mehdiyevə məxsus narkotik plantasiyası aşkarlanıb.

Onu da qeyd edək ki,bir müddət əvvəl Aydın Hacıyevin oğlunun da,dəbdəbəli həyat sürməsindən saytlar yazmışdı.
















Birinci məlumatlanmaq üçün facebook səhifəmizi