Ağstafa şəhərində bir neçə dəfə təmir işləri həyata keçirilsə də, mövcud vəziyyət narazılıq doğurur

Ağstafa şəhərində bir neçə dəfə təmir işləri həyata keçirilsə də, mövcud vəziyyət narazılıq doğurur 

Ağstafa şəhərindəki Nəriman Nərimanov küçəsində yol infrastrukturunun vəziyyəti ciddi narazılıq yaradıb.

32gun.az xəbər verir ki, lentə alınan görüntülərdə asfalt örtüyünün sıradan çıxdığı, daş döşəmələrin uçuq vəziyyətdə olduğu və ümumilikdə yolun yararsız hala düşdüyü aydın şəkildə görünür.

Sakinlərin bildirdiyinə görə, sözügedən ərazidə bir neçə dəfə təmir işləri aparılsa da, bu işlər keyfiyyətsiz həyata keçirilib. Yolda asfaltla daş döşəmənin qarışıq şəkildə istifadə edilməsi və bəzi hissələrdə təmir materiallarının səpələnmiş halda qalması vəziyyəti daha da acınacaqlı edib.

Xüsusilə piyadaların və avtomobillərin hərəkəti üçün təhlükə yaradan bu yol, Ağstafa şəhərində infrastrukturla bağlı problemlərin hələ də mövcud olduğunu bir daha ortaya qoyur.

Sakinlər aidiyyəti qurumlardan təcili tədbirlər görülməsini tələb edirlər. Hazırkı vəziyyət nəinki texniki baxımdan yararsızdır, həm də ictimai narahatlığa səbəb olur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi