Ağstafada 83 yaşlı qadın balta və bıçaqla hədələndi, evi yandırıldı

Ağstafada 83 yaşlı qadın balta və bıçaqla hədələndi, evi yandırıldı 

Ağstafa 83 yaşlı qadın balta və bıçaqla hədələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a bildirilib ki, rayon Polis Şöbəsinə iyulun 13-də rayonun Aşağı Göycəli kənd sakini, 83 yaşlı C.Əliyevanın yaşadığı evə girən maskalı şəxsin onu balta və bıçaqla hədələyərək 10 manat pulunu, qızıl üzüyünü və sırğasını alması, sonradan otağın döşəməsini yandırıb getməsi barədə məlumat daxil olub. Yanğın söndürülüb.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Heydərov müəyyən edilərək saxlanılıb.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi