Ağstafada laqonda ilə biləyini kəsən kişinin əli amputasiya edilib

Ağstafada laqonda ilə biləyini kəsən kişinin əli amputasiya edilib 

Ağstafa rayonunda ehtiyatsızlıqdan bədbəxt hadisə baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, rayonun 1970-ci il təvəllüdlü Zəlimxan kənd sakini Ayaz Allahverdiyev iş zamanı ehtiyatsızlıqdan elektrik mişarı ilə biləyini kəsib.

Ağır halda xəstəxanaya yerləşdirilən şəxs əməliyyat olunub və onun əli biləkdən amputasiya edilib. Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirən A.Allahverdiyevin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər