Ağstafada MKTB-nin işçilərini "tok" vurub

Ağstafada MKTB-nin işçilərini "tok" vurub 

Ağstafa rayonunda MKTB-nin işçiləri -Məmmədov Şamil Nadir oğlu və Abadov Fərman Hüseynəli oğlunu "tok" vurub.Xoşbəxtlikdən hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır,onların həyatına təhlükə yoxdur.

Faktinfo.az-ın əldə etdiyi məlumata görə,hadisə 21 avqust 2023-cü il tarixində, "ADY"-nin Ağstafa dəmir yolu ərazisində baş verib.Məlumata görə,hər iki şəxs nərdivanı lazım olan yerə aparıb,ərazidəki bayrağı dəyişməliylərmiş.Bu zaman yüksək gərginlikli elektrik xəttinə toxunuş,MKTB-nin hər iki işçisi üçün həyati təhlükəli vəziyyət yaradıb.

Axşam saatları olduğundan baş vermiş hadisə ilə bağlı MKTB-dən münasibət öyrənmək mümkün olmayıb.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki,baş vermiş hadisə ilə bağlı rayon hüquq-mühafizə orqanlarında araşdırma aparılır. 

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi