Ağstafada rayon rəhbərliyi və ətrafı narazılıq doğurur

Ağstafada rayon rəhbərliyi və ətrafı narazılıq doğurur 

Faktinfo.az xəbər verir ki,Ağstafa rayonunda sadə vətəndaşlar tərəfindən bir zamanlar ölkə rəhbərliyinə olan yüksək inam hissi sarsıdılıb.Bunu kimlər edib, sualının isə yekdil bir cavabı var. Rayona rəhbərlik etmiş və edən icra başçısı olub bunu edənlər.O cümlədən rayona rəhbər olmuş son üç icra başçısı və onların ətrafında olan memar Sənan Mustafayev RİHB-in 1-ci müavini Ramiz Tatarov və icra hakimiyyətində çalışan digər müavin və bir neçə yarıtmaz şöbə müdiridir bütün qanunsuzluqların səbəbkarları.Bəzi sadə vətəndaşların pay torpaqları əllərindən alındıqca,torpaqların neft və qaz boru kəmərlərinə düşən hissəsinə dair onlara veriləcək vəsaitdən kasıb zümrə maxinasiyalar səbəbindən məhrum olduqca,kəndlərdə və rayon mərkəzində yaşayan müəyyən kəsim təbəqənin haqq və hüququ pozulduqca daha geniş miqyas aldı narazılıq.

Ağstafada şəhərin ponaraması  kobud şəkildə pozuldu,kim istədi, harada gəldi, 30 min manat rüşvət müqabilində mağaza və digər obyekt tikdi.Rayon rəhbərliyi və ətrafının işi gücü torpaq satmaq rüşvət toplamaqla yekunlaşdı.Bunlar da narazılıq yaratmamaya bilməzdi.Ağstafa rayonu açıqlanan rəsmi məlumatlara görə ölkə rəhbərliyinə olunan birinci və təkrar  şikayətlərin faizinə görə 2016-cı ildə 5-3 " lider "  rayondan biri hesab olundu.

Hazırda, ümumilikdə  bir kəndin sakinləri tərəfindən narazılıq doğuran məsələ odur ki,nədən Ağstafa rayon Köhnəqışlaq kənd orta məktəbi  rayonun başbilənləri Məhərrəm Quliyevin, RİH-in memarı, əslən Köhnəqışlaqdan olan Sənan Mustafayevin israrlı təkidlərindən sonra kənd qəbiristanlığına bitişik tikilib. Qəbiristanlıqda dəfn mərasimləri məktəb şagirdlərinin gözü qarşısında baş verir.

GoldNews.az xəbər verir ki, bu haqda xural.com-u Ağstafa sakinləri məlumatlandırıblar. Onların dediyinə görə, mərhumlarını yad etməyə gələnlərin ağlaşma səsləri şagirdlərdə pisixoloji zədə yaradır və bu səbəbdən valideynlərin çoxu övladlarını qonşu Tatlı kənd məktəbində oxutdururlar. Sakinlərin verdiyi məlumatlara görə, nə yazıqlar ki, kənd camaatının prezidentə, Təhsil Nazirliyinə yazdıqları etiraz məktubları nəticəsiz qalır və rayonda  yaramazlar bilərəkdən, məqsədli şəkildə ölkədə yeni nəslin savadsız, qüsurlu yetişməsinə çalışırlar,narazılıq yaradırlar. “Bu da genefondumuza vurulan ən ağır zərbədir” deyə xural.com-a müraciət edən yerli sakinlər, məsələni ictimailəşdirmək üçün  saytdan dəstək istəyirlər…

Ağstafadakı bu olay səs-küy yaradacaq
 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi