Ağstafada usta damdan yıxılaraq öldü

Ağstafada usta damdan yıxılaraq öldü 

Ağstafada usta damdan yıxılaraq ölüb.

Hadisə rayonun Poylu kəndində baş verib. Belə ki,1957-ci il təvəllüdlü Həsənov Alim Mirzəli oğlu evin damında təmir işləri aparan zaman yerə yıxılıb. Ağır bədən xəsarəti alan usta xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi