Ağstafalı şagirdlər səslərinin eşidilməsini istəyir-

Ağstafalı şagirdlər səslərinin eşidilməsini istəyir- VİDEO

“İctimai” TV (İTV) Ağstafanın Poylu kəndində yerləşən S.Məmmədov adına tam orta məktəbindən reportaj hazırlayıb.

Faktinfo.az-ın  məlumatına görə, təmirsiz və şəraitsiz məktəb binasının pəncərələri şüşəsiz, divarları nəmli, döşəmələri çürük vəziyyətdədir.

 Məktəb 45 il əvvəl inşaa olunub. Bir vaxtlar 624 yerlik olan məktəbdə 436 nəfər şagirdtəhsil alır.


 Elektrik xətlərinin təhlükə saçdığı, yağışlı günlərdə suyun sinif otaqlarına axtığı məktəbdə şagirdlərə narahatlıq yaradır. Kənddə mavi yanacaq olasa da, məktəb binası odunla qızdırılır.


 Məktəb direktoru Xatirə Həsənova bildirib ki, binanın əsaslı təmirə ehtiyacı var.

 Qeyd edək ki, məkəb binası 39 sinif otağı, laboratoriya və digər otaqlardan ibarətdir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər