Aİ səfirləri razılığa gəldi-

Aİ səfirləri razılığa gəldi- Rusiyaya qarşı iqtisadi sanksiyalar daha 6 ay uzadılır

Avropa İttifaqının səfirləri Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılması ilə bağlı razılığa gəlib.

Razılaşma bu gün keçirilən müzakirələrdə əldə olunub.

“Avropa İttifaqının səfirləri Rusiyaya qarşı iqtisadi sanksiyaların daha 6 ay müddətin’ uzadılmasına “yaşıl işıq” yandırdılar”, – deyə “Azadlıq” radiosunun Brüsseldəki müxbiri Rikard Yozvyak bildirib.

Onun sözlərinə görə, qərarla bağlı rəsmi məlumat bu həftə ərzində elan olunacaq.

Avropa İttifaqı ölkələrinin liderləri ötən həftə Brüsseldə keçirilən sammitdə Rusiyaya qarşı sanksiyaların tam şəkildə saxlanılması ilə bağlı razılığa gəlmişdilər. İtaliyanın qarşı çıxmasına baxmayaraq, qərar qəbul olunmuşdu.Strateq.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi