AKP daxilində seçki qovğası -

AKP daxilində seçki qovğası - ƏRDOĞAN QAPINI GÖSTƏRDİ!

Türkiyə Ali Seçki Şurasının İstanbuldakı bələdiyyə seçkilərini yenidən keçirmək qərarı AKP-də nifaqa səbəb olub.

Türkiyə prezidenti və hakim Ədalət və İnkişaf partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan qərarı tənqid edən partiya üzvlərinə sərt cavab verib, tənqid edənlərə “qapı açıqdır” deyə ismarıc verib. Partiyanın iclasında çıxış edən Ərdoğan deyib: “Ən çox da partiya rəhbərliyindəki yoldaşlarımızın paylaşmalarını başa düşə bilmirəm. Madam ki, belə fikirləşirlər, istefa versinlər”.

Mətbuat nümayəndələri bu sözü AKP-nin İstanbuldan seçilmiş millət vəkili Mustafa Yeneroğluna ismarıc kimi qiymətləndiriblər. Yeneroğlu sosial mediadakı bir paylaşmasında Ali Seçki Şurasının qərarını tənqid eləmişdi./Hurriyyet.org

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi