AKP-nin seçkidə ən böyük uğuru budur - Şərh

AKP-nin seçkidə ən böyük uğuru budur - Şərh 

Cumhur İttifaqı rekord (52%) nəticə göstərərək qalib gəldi. Belə ki, AKP keçən bələdiyyə seçkilərindən daha yaxşı nəticə göstərdi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, nəinki hakim partiyanın, bütün Türkiyənin əsas uğurlarından biri də bu seçkilərdə HDP-nin iflasa uğradılması oldu:

“Bundan əvvəlki prezident seçkilərində HDP 13% səs toplamışdı. Bələdiyyə seçkilərində isə terrorçuların səs faizi 4%-ə düşdü. Əsas bölgələrdə AKP səs itirməyib. Nəticədə İstanbulda da müxalifət üstünlüyü ələ alsa belə, bu, ümumi nəticələrə cüzi təsir edəcək. Bursa, Kayseri, Trabzon, Konya kimi iri şəhərlərdə AKP qalib gəldi. Cənub-Şərq bölgəsində AKP PKK qarşısında böyük zəfər çaldı. Məğlub olduğu Ankarada belə mahalların çoxluğu hakim partiyada qaldı. İzmirdə CHP-nin qalib gəlməsi onsuz da bəlli idi, amma orada da AKP-nin namizədi rekord sayılacaq səviyyədə - 38% səs yığdı. Antalyada isə son seçkilərdə iqtidar əldən-ələ keçir. Yəni orada da təəcüblü heç nə olmadı”.

Politoloq vurğulayıb ki, ümumi nəticədə Cümhur İttifaqı səslərin yarıdan çoxunu alıb:

“Bütün problemlərə, siyasi-iqtisadi sabotajlara baxmayaraq, qardaş Türkiyə xalqı Ərdoğan-Baxçalı birliyini seçdi. Gələn 4 ildə qardaş ölkədə seçki olmayacaq. Bu, siyasi-iqtisadi problemləri həll etmək üçün kifayət qədər çox vaxtdır. Artıq Ərdoğan yaxın hədəflərindən danışıb. Hakim milli qüvvələr bu 4 ildə məlum siyasi-iqtisadi problemləri aradan qaldırsa, 2023-cü il seçkilərinə Cumhur İttifaqı daha da güclənmiş şəkildə girəcək”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi