Alimdən qorxunc iddia: 8 bala qədər güclü zəlzələ olacaq

Alimdən qorxunc iddia: 8 bala qədər güclü zəlzələ olacaq 

Niderlandlı seysmoloq Frenk Huqerbits Günəş sistemində güclü seysmik aktivliyə səbəb ola biləcək unikal hadisə barədə xəbərdarlıq edib.

Türkiyə və Suriyada zəlzələ ilə bağlı proqnozu ilə tanınan elm adamı martın 13-dən başlayan və 17-dək davam edəcək planetar yaxınlaşmanı əsas gətirib.

O qeyd edib ki, bu hadisə təxminən hər 14 ildən bir baş verən Günəş, Yupiter və Uranın düzülməsidir. Bu dəfə Merkuri və Venera da onlara qoşulacaq.

Alimin sözlərinə görə, bu düzülüş maqnitudası səkkiz bala qədər olan güclü zəlzələlərə şərait yarada bilər. Huqerbits sözlərinə görə, xüsusi dəhşətli zəlzələlər 15-16 martda gözlənilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi