“AMEA ləğv olunmalıdır, o alimlərin 5 manatlıq xeyri yoxdur”

“AMEA ləğv olunmalıdır, o alimlərin 5 manatlıq xeyri yoxdur” – SƏRT AÇIQLAMA

"Azərbaycanda ildə 50 nəfər elmlər doktoru adını alsa da, bunun ölkə iqtisadiyyatına 5 manatlıq xeyri yoxdur”.

Faktinfo.az xəbər verir ki,Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyətinə, daha dəqiqi fəaliyyətsizliyinə münasibət bildirərkən ADP sədri Sərdar Cəlaloğlu deyib. Onun fikrincə, elmi işlərin ağırlıq mərkəzi AMEA-dan alınıb universitetlərin ixtiyarına verilməlidir:"Elmlər akademiyalarının yaradılmasına sovet dövründə başlanılıb. O zamanlar sovet hökuməti ifrat mərkəzləşdirmə siyasəti aparırdı. Ona görə də elm, mədəniyyət, təhsil kimi sahələr də bir əldən idarə olunurdu. Bunun nəticəsi olaraq da alimləri toplayıb belə bir strukturda birləşdirdilər. Bazar iqtisadiyyatı şəraitində elmlə məşğul olan çoxsaylı idarətetmə mərkəzləri olmalıdır. ABŞ və Avropa ölkələrində hər bir müəssisənin özünün elmi laboratoriyası var. Alimlər də həmin müəssisənin işilə bağlı elmi tədqiqatlar aparır, ortaya nəticə qoyurlar. ABŞ-da NASA kimi təşkilat var. Burada çoxsaylı elmi kəşflər həyata keçirilir. Dünyadakı bir sıra mühüm kəşflər məhz NASA alimləri tərəfindən əldə edilib”.


Cəlaloğlu hesab edir ki, Azərbaycanda fəaliyyət göstərməkdə olan Elmlər Akademiyası öz funksiyasını yerinə yetirmək qabiliyyətində deyil: "Cəmiyyətdə elmə olan maraq həddən artıq aşağı səviyyəyə enib. Azərbaycanda ildə 50 nəfər elmlər doktoru adını alsa da, bunun ölkə iqtisadiyyatına 5 manatlıq xeyiri yoxdur. Halbuki, elmi işlər nəhəng gəlirlər gətirməlidir. Nəzəri sahədə olan elmimiz də ölkədən kənara çıxmır. Dünya bu nəzəriyyələri qəbul etmir. Həm də bu nəzəriyyələrimiz dövlət büdcəsinə gəlir gətirmir, əksinə büdcədən yeyir. Düşünürəm ki, AMEA-nı dünya təcrübəsinə uyğun olaraq rekonstruksiya etməliyik. Bir çox institutlar müəssisələrin sərəncamına verilməlidir. Yalnız nəzəri sahə ilə məşğul olan elmi sahələr dövlət dotasiyasında qala bilər. Yaxud da universitetlərlə akademiyanı birləşdirib, ikincini ləğv etməklə elmi işlərin ağırlıq mərkəzini birincinin sərəncamına vermək olar. İndiki model isə köhnəlib, işləmir. Bu mənada AMEA-nın saxlanılması dövlət büdcəsinə əlavə yükdür və Azərbaycanda elmin inkişafına heç bir xeyri yoxdur”.

 

Qeyd edək ki, AMEA Azərbaycanın inkişafına töhvə vermək üçün müstəqillikdən üzü bəri bu illər ərzində hər hansı bir real elmi kəşflərə, addımlara imza ata bilməyib. Əksinə, son illərin təcrübəsi göstərir ki, əslində bu qurum lazımsız, büdcəyə pul gətirən deyil, pul yeyən bir orqana çevrilmək üzrədir. Bu mənada da bir çoxları düşünür ki, artıq lüzumsuz qurum kimi AMEA-nın tarixin arxivinə göndərilməsi zamanıdır.

 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər