Anar Cəbrayıllını Ceyhun Musaoğlu əvəzlədi -

Anar Cəbrayıllını Ceyhun Musaoğlu əvəzlədi - YENİ TƏYİNATLAR

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində fəaliyyət göstərən "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsdə təyinat olub.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Ceyhun Musa oğlu Musayev publik hüquqi şəxsin İctimaiyyətlə əlaqələr, vətəndaş müraciətlərinin qəbulu şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

C.Musayev bu gündən rəsmi olaraq vəzifəsinin icrasına başlayıb. 

Qeyd edək ki, bugünə kimi həmin vəzifəni  Anar Cəbrayıllı icra edirdi. 

Anar Cəbrayıllı Oxu.az-a açıqlamasında bundan sonra agentliyin tabeliyində olan digər publik hüquqi şəxsin mətbuat xidmətinə rəhbərlik edəcəyini bildirib.

"Mən bölgələrdə yaranan problemlərlə bağlı mətbuatın suallarını cavablandıracağam", - deyə A.Cəbrayıllı qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi