Anar və Çingiz Abdullayevdən Tofiq Yaqublu açıqlaması – “Onu azad etmək lazımdır”

Anar və Çingiz Abdullayevdən Tofiq Yaqublu açıqlaması – “Onu azad etmək lazımdır” 

Xalq yazıçıları Anar və Çingiz Abdullayev də artıq 16 gündür aclıq aksiyası ilə qanunsuz həbsinə etiraz edən Tofiq Yaqublunun azad olunmasını istəyib.

Turan İnformasiya Agentliyinin məsələ ilə bağlı sorğusuna cavab olaraq Yazıçılar Birliyinin sədri Anar deyib ki, o, ümumiyyətlə tanınmış ictimai-siyasi xadimin həbsdə olmasını istəmir: “Tofiq Yaqublunun məhkəmə prosesinin detalları mənə məlum deyil, ona görə onun həbsini qiymətləndirə bilmərəm. Ancaq deyə bilərəm ki, mən istəməzdim tanınmış siyasətçi, jurnalist və ya ictimai xadim həbsxanada otursun”.

Çingiz Abdullayev isə bunları deyib: “Tofiq Yaqublunun işinin detallarından xəbərim yoxdur, ona görə şərh vermək mənə çətindir. Hər halda, düşünürəm ki, aydınlaşdırmaq və imkan varsa, onu azad etmək lazımdır. Üstəlik, o, Qarabağ müharibəsi veteranıdır. Mən, ümumiyyətlə, həbsdən daha yumşaq metodların tətbiqinin tərəfdarıyam”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi