Aqiyə Naxçıvanlı növbəti vətəndaş qəbulunu keçirdib

Aqiyə Naxçıvanlı növbəti vətəndaş qəbulunu keçirdib - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlərdə iştirak edən ,117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı növbəti vətəndaş qəbulunu keçirdib.

Faktinfo.az xəbər verir ki,deputat qəbula yazılan 23 seçicinin hər birini ayrı-ayrılıqda dinləmiş, onların problemləri ilə yaxından tanış olmuşdur.Aqiyə Naxçıvanlıya olunan müraciətlər əsasən məşğulluq, sosial problemlər, şəhid adlarının əbədiləşdirilməsi və təhsil məsələləri ilə bağlı olub.

İşsiz vətəndaşlarla bağlı Dövlət Məşqulluq Agentliyi Şəki-Zaqatala Regional Məşğulluq filialının Oğuz  rayon xidmət şöbəsinin əməkdaşı ilə əlaqə yaradılmış,problemlərə aydınlıq gətirilmiş,qeydiyyatda olmayan bir şəxsə işsiz kimi qeydiyyata düşməsi tövsiyə edilmişdir.

Eləcə də görüş zamanı,şəhid adının əbədiləşdirilməsi ilə bağlı məsələ nəzarətə götürülmüş, sosial problemi olan digər vətəndaşların  məsələsi yerində həll edilmiş, bir seçiciyə isə kənd təsərrüfatının maldarlıq sahəsini inkişaf etdirməsi üçün dəstək göstərilmişdir.Yerində həll edilməsi mümkün olmayan məsələlərlə bağlı deputat tərəfindən qeydiyyat aparılmış,aidiyyatı dövlət orqanlarına müraciət ünvanlanılacağı seçicilərə bildirilmişdir.

Qəbulun sonunda seçicilər Oğuza mütəmadi olaraq gəldiyinə, onları səmimiyyətlə qəbul edib problemlərini dinlədiyinə,müraciətlərini düzgün istiqamət üzrə yönləndirərək həllinə operativ köməklik göstərdiyi üçün Milli Məclisin üzvü,deputat Aqiyə Naxçıvanlıya minnətdarlıqlarını bildiriblər.Rayon sakinləri belə görüşlərin Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının  ölkə vətəndaşlarına qayğı və diqqətinin nəticəsi olaraq daim hiss etdiklərini ifadə ediblər.

Faktinfo.az

Aqiyə Naxçıvanlı növbəti vətəndaş qəbulunu keçirdibAqiyə Naxçıvanlı növbəti vətəndaş qəbulunu keçirdibAqiyə Naxçıvanlı növbəti vətəndaş qəbulunu keçirdibAqiyə Naxçıvanlı növbəti vətəndaş qəbulunu keçirdibAqiyə Naxçıvanlı növbəti vətəndaş qəbulunu keçirdibAqiyə Naxçıvanlı növbəti vətəndaş qəbulunu keçirdib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi