Aqrar Universitet akademik Həsən Əliyevin yubileyi ilə bağlı kitabın təqdimatını keçirib

Aqrar Universitet akademik Həsən Əliyevin yubileyi ilə bağlı kitabın təqdimatını keçirib 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 fevral 2017-ci il tarixli Sərəncamı ilə akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi qərara alınıb.

ADAU-nun mətbuat xidmətindən Faktinfo.az-a verilən məlumata görə ,yubileylə bağlı təhsil müəssisəsində silsilə tədbirlərə xeyli əvvəl start verilib və indidə davam edir. Azərbaycan təbiət elminin patriarxı, respublika Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin ən görkəmli məzunlarındandır. Akademik Həsən Əliyev 1930-cu ildə bu zəngin  elm məbədinin aqronomluq fakültəsinə qəbul olunub, 1932-ci ildə həmin fakültəni vaxtından əvvəl bitirib. Onun çoxcəhətli və çoxşaxəli elmi fəaliyyəti, mənalı və ibrətli həyat yolu əsl ziyalı şəxsiyyətinin tipik xüsusiyyətləridir.

ADAU-nun qədirbilən kollektivi 86 illik mənalı ömür sürən öz görkəmli məzunu Həsən Əliyevin xatirəsini daim əziz tutur, onun zəngin yaradıcılığına və şəxsiyyətinə hörmət bəsləyir. Akademik Həsən Əliyevin yazdığı qiymətli əsərlər həmişə olduğu kimi, bu gün də universitetimizin professor-müəllim heyətinin və tələbələrin stolüstü kitablarına çevrilib. Bu gün universitetdə onun adını daşıyan ekologiya və meşəçilik kafedrası, xüsusi auditoriya və 110 illik yubileyi ərəfəsində əsası qoyulan dendroloji bağ fəaliyyət göstərir. Prezident İlham Əliyevin sözügedən Sərəncamından irəli gələn müddəaların icrası ilə bağlı ADAU-da bu günədək müxtəlif tədbirlər keçirilib və hazırda da davam etməkdədir.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərovun müəllifliyi ilə Universitet Elmi Şurasının qərarı əsasında  yenicə çapdan çıxmış “Akademik HƏSƏN ƏLİYEV Azərbaycan Dövlət Aqrar Universitetinin məzunundur” adlı monoqrafiyası bu baxımdan çox təqdirə layiqdir. Kitabda Akademik Həsən Əliyevin həyat  və yaradıcılığı, 110 illik yubileyi ilə bağlı həyata keçirilən tədbirlər, xatirələr öz əksinin tapıb. Kitaba akademiklər Məhərrəm Babayev və Fuad Əliyev müsbət rəy veriblər.

Həsən Əliyevin məzunu olduğu aqronomluq fakültəsinin tədris korpusunda kitabın təqdimat mərasimini  giriş sözü ilə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərovun açıb, görkəmli alimin həyatı və elmi axtarışları, eləcədə Azərbaycan təbiətinin qorunması ilə bağlı fəaliyyətindən danışıb..

Tədbirdə Aqranomluq fakültəsinin Ekologiya mühəndisliyi və meşəçilik kafedrasının müdiri, professor Zakir İbrahimov, universitetin tədris şöbəsinin müdiri, kitabın redaktoru, dosent Nüsrət Hüsyinov, tələbə Güldənə Həşimova, Biologiya kafedrasının müdiri, professor Zaur Hümbətov, GDU-nun prorektoru Gülsüm Fətəliyeva çıxış edərək akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunan  bu nəfis kitabın ərsəyə gəlməsinə görə müəllifə təşəkkürlərini bildirib, alimlə bağlı xatirələrini dilə gətiriblər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi