"Aqroservis" ASC-nin regional bölmələrində yoxlamalar aparılır-

"Aqroservis" ASC-nin regional bölmələrində yoxlamalar aparılır- Barəsində cinayət işi açılan var

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin regional bölmələrində yoxlamalar aparılır.

Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, "Aqroservis" ASC-nin Cəlilabad regional nümayəndəliyində və digər bölmələrdə aparılan yoxlamalar nəticəsində ciddi pozuntular aşkarlanıb. 

 Pozuntular Lənkəran-Lerik-Astara rayon bölməsində də aşkar edilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə "Aqroservis" ASC-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin direktoru Rahim Rzayev vəzifəsindən azad edilib. 

Rahim Rzayev bir müddət əvvəl saxlanılaraq barəsində cinayət işi açılıb və həbs edilib.

 "Aqroservis" ASC-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin direktoru vəzifəsinə Zaur Muradov Ağaşirin oğlu təyin olunub.

Faktinfo.az-a verilən məlumatda isə bildirilir ki, "Aqroservis" ASC-nin rayon bölmələrində aparılan yoxlamalar qrumun sədri və müavininin,eləcə də orada bir sıra şöbə rəislərinin vəzifələrindən azad olunmalarından sonra başlayıb.Məlumatda o da qeyd olunur ki,aparılan yoxlamalar "Aqroservis" ASC-nin bütün rayon bölmələrini əhatə edəcək.

Qeyd edək ki, hazırda "Aqroservis" ASC-nin sədri Mehman Veysəlovdur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər