Arvadını öldürdü, qayınanasını baltaladı, evə od vurdu... - Azərbaycanda dəhşət

Arvadını öldürdü, qayınanasını baltaladı, evə od vurdu... - Azərbaycanda dəhşət 

Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Rayonun Kətəlparaq kəndində yerli sakin qayınatasıgilə gedərək, orada balta ilə 27 yaşlı həyat yoldaşı Nəvat Qurbanovanı qətlə yetirib.

O, daha sonra qayınanası Rahilə Qarayevaya da balta ilə ağır xəsarət yetirib. Bununla da kifayətlənməyən şəxs evə od vuraraq, 6 yaşlı övladını da götürərək, oradan uzaqlaşıb. Yaralı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində olan qadının vəziyyəti ağırdır.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.//Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi