Aslan İsmayılov Etibar Məmmədova sərt cavab verdi-

Aslan İsmayılov Etibar Məmmədova sərt cavab verdi- "Sürət Hüseynovla birlikdə dövlət çevrilişinin ən aktiv iştirakçısı olan birisinin..."

"Rəhmətlik Əbülfəz Elçibəy səhvsiz adam deyildi. Ancaq ona Etibar Məmmədov kimilərinin dil uzatması tək haqsızlıq yox, həm də həyasızlıqdır".

Faktinfo.az xəbər verir ki,bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bildirib ki, Etibar Məmmədov qədər bu xalqın etibarına xəyanət edən ikinci bir şəxs olmayıb: "Azərbaycan xalqı onu qəhrəman görmək istədi, o isə “prorab” olmağa üstünlük verdi. 1993-cü il ilin iyun ayında rusun əlaltısı olan Sürət Hüseynovla birlikdə dövlət çevrilişinin ən aktiv iştirakçısı olan birisinin bu gün danışmaq haqqı yoxdur, qaldı ki, rəhmətlik Əbülfəz Elçibəyə hansısa irad tutmaq".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi