Aslan İsmayılova televiziya qadağası götürüldü – VƏKİL İLLƏR SONRA İTV-də

Aslan İsmayılova televiziya qadağası götürüldü – VƏKİL İLLƏR SONRA İTV-də 

Tanınmış vəkil Aslan İsmayılova televiziya qadağası götürülüb.

BakuPost.az xəbər verir ki, vəkil bu gün səhər İTV kanalında yayımlanan "Dikdaban” verilişin qonağı olub.

O, özü bu barədə yazdığı statusda qərara yaxşı mənada təəccübləndiyini qeyd edib və İTV-nin yeni rəhbərliyinə təşəkkür edib: "Bu çıxışla bağlı hansı öhdəlikləri götürdüyümlə maraqlananlara bildirirəm ki, veriliş mənim gözləmədiyim halda, İTV rəhbərliyi tərəfindən heç bir şərt, məhrumiyyət qoyulmadan baş tutub və istədiklərimi demişəm. Buna görə də İTV rəhbərliyinə təşəkkür edib, belə verilişlərin, özü də tək mənim yox, məni kimi digər müxalif fikirli insanların iştirakı ilə çox olmasını arzulayıram”.

Qeyd edək ki, A.İsmayılov uzun müddətdir, hakimiyyətin yuxarı vəzifəli şəxslərini daimi tənqid atəşinə tutur. Bunua görə də hökumətin nəzarətində olan mətbu orqanlarda sərt tənqid olunur.Bu baxımdan, onun yenidən efirdə görünməsi, xüsusən də dövlətin ən əsas telekanallarından olan İTV efirinə çağırılması böyük maraq doğurur. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi