Avropa İttifaqı ABŞ-dan qaz alacaq – “Bu təşəbbüsün iki əsas hədəfi var”

Avropa İttifaqı ABŞ-dan qaz alacaq – “Bu təşəbbüsün iki əsas hədəfi var” 

Avropa İttifaqı (Aİ) ilə ABŞ-ın əldə etdiyi razılaşmaya görə, blok ildə azı 15 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) alacaq. Məqsəd Aİ-nin Rusiyadan qaz idxalını azaltmaqdır.

ABŞ Prezidenti Co Baydenlə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen martın 25-də bu məqsədlə işçi qrupun yaradıldığını elan ediblər. 

“Bu gün biz həmin məqsədlə birgə plan razılaşdırdıq, təhlükəsiz, təmiz enerji gələcəyimizə doğru proqresi sürətləndiririk”, – Bayden von der Leyenlə birgə mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, onların təşəbbüsü bərpaolunan enerjidən istifadəni genişləndirmək və enerji tələbatını azaltmağa çalışacaqlar.

“Bu təşəbbüsün iki əsas hədəfi var, birincisi, Avropanın Rusiya qazından asılılığını mümkün qədər tez azaltmaq, ikincisi, Avropanın qaza tələbatını ümumiyyətlə azaltmaq”, – prezident vurğulayıb.

“Rusiya mədən yanacağından asılılığı azaltmaq, bundan canımızı qurtarmaq istəyirik. Bu yalnız LNG çatdırılmaları daxil olmaqla, əlavə qaz təchizatı ilə mümkündür”, – von der Leyen deyib.

Tərəflər 2030-cu ilədək təchizatı ilə 50 milyard kubmetrə qaldırmağı hədəfləyirlər. Aİ 2020-ci ildə 378 milyard kubmetr qaz istehlak edib, bunun 40 faizi Rusiyadan gedib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi