Avropa Komissiyası:"ABŞ-a qarşı əks addımların siyahısını hazırlayırıq"

Avropa Komissiyası:"ABŞ-a qarşı əks addımların siyahısını hazırlayırıq" 

Avropa Komissiyası ABŞ-ın rüsumları artıracağı ilə bağlı bəyanatına cavab olaraq tədbirlər siyahısını hazırlayır.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu ticarət üzrə Avropa komissarı Sesiliya Malmstrem deyib.

“Biz hələ də ABŞ-ın Avropadan idxal olunan maşınlara və ehtiyat hissələrə rüsumları artırmasının mümkünlüyünə qarşı əks addımların siyahısını hazırlayırıq”, – deyə S.Malmstrem deyib.

Qeyd edək ki, bundan öncə ABŞ prezidenti Donald Tramp bildirib ki, Avropadan alınan maşınların və ehtiyat hissələrin idxal rüsumlarını artıracaq

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi