Avropanın ən incə qadınları Azərbaycanda yaşayır

Avropanın ən incə qadınları Azərbaycanda yaşayır –ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regionunda qadın əhalisi arasında ən çox piylənmə faizi üzrə reytinq tərtib edib.

Araşdırmalara görə, reytinqdə sonuncu yeri qadınları piylənmədən ən az əziyyət çəkən Azərbaycan (15,8%) tutub. Başqa sözlə, Avropada ən incə qadınlar Azərbaycanda yaşayırlar.

Reytinqdə sondan ikinci yeri zərif cinsin 16,2 faizinin piylənmədən əziyyət çəkdiyi Moldova tutub, Bosniya və Herseqovina və Ermənistan isə 17,1 faiz göstərici ilə 3-4-cü yerləri bölüşüb.

Rusiyada bu göstərici 18,1%, Gürcüstanda 19,2%, Türkiyədə isə olduqca yüksəkdir – 24.4%.

Avropada qadınları piylənmədən ən çox əziyyət çəkən ölkə Macarıstandır – 28,2%.

ÜST həmçinin müqayisə üçün ABŞ-dakı vəziyyəti də göstərib: orada qadınların 35,5%-i artıq çəkilidir.

Reytinqin üst sıralarında həmçinin Böyük Britaniya (26,9%), İrlandiya (25,1%), İspaniya (24,6%), Almaniya (24,2%), Fransa və Ukrayna (hər biri 22%), İtaliya (20,1%) yer alıb./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi