Avtomobillərin qiyməti 20 faiz bahalaşdı

Avtomobillərin qiyməti 20 faiz bahalaşdı 

Yeni il öncəsi avtomobil bazarına çoxlu sayda maşın satışa çıxarılmasına baxmayaraq, alıcı azdır.

 Xəzər Xəbər-in məlumatına görə,buna səbəb bayram ərəfəsində avtomobillərin qiymətinin 15-20 faiz bahalaşmasıdir.

Satıcılar, ötən aylarla müqayisədə bayram öncəsi avtomobillərin qiymətinin 15-20 faiz bahalaşdığını təsdiqləyiblər. Qiymət artımının olmasını satıcılarla yanaşı alıcılar da qeyd edir.

Onların sözlərinə görə, bir ay əvvəl satılan maşınla hazırda satılan avtomobilin qiyməti arasında fərq nəzərəçarpacaq şəkildədir.

Maşın bazarında avtomobillərlə bağlı təkcə fərq bununla yekunlaşmır. Bazarda avtomobillərin sayı hədsiz çoxalıb. Çünki gəlin il yanvarın birindən gömrükdə rüsumların qalxması ilə əlaqədar indidən bir çox vətəndaşlar xaricdən həm yeni, həm də işlənmiş avtomobilləri alaraq bazarda satışa çıxarıblar.

Satıcılar gələn ilin yanvar ayından ikinci əl avtomobillərin qiymətində ucuzlaşma olacağını bildirirlər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi