“Axşam saatlarında sakinlər taksilərə möhtac qalır” - Türkanlıların avtobus problemi

“Axşam saatlarında sakinlər taksilərə möhtac qalır” - Türkanlıların avtobus problemi 

Bakının Türkan qəsəbəsinin sakinləri marşrut avtobuslarının intervalından, eləcə də ictimai nəqliyyatın vəziyyətindən narazılıq edirlər.

Faktinfo.az xəbər verir ki,bu barədə Oxu.Az-a qəsəbə sakinləri tərəfindən ünvanlanan şikayətdə qeyd olunub.

Qəsəbə sakinləri 101 saylı müntəzəm xətt üzrə hərəkət edən marşrut avtobuslarında problemlərin çox olduğunu bildiriblər:

“Avtobusların intervalı düzgün tərtib olunmayıb. Sakinlər dəqiqələrlə marşrut avtobusunu gözləməli olurlar. 101 saylı müntəzəm xətt üzrə hərəkət edən avtobuslar istismar müddətini bitirib. Nəqliyyat vasitələri çox köhnədir, tez-tez xarab olur. Axşam saatlarında əhali demək olar ki, taksilərin ümidinə qalır”. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi