Ayətullah Hatəmi dünyanı həyəcanlandırdı:

Ayətullah Hatəmi dünyanı həyəcanlandırdı: "İran atom bombasını yaratma formuluna sahibdir"

“İran atom bombasını yaratma formuluna sahibdir”.

Anadolu Agenliyi bildirir ki, bu barədə İranın nüfuzlu din xadimlərindən Ayətullah Əhməd Hatəmi Məşhəddə çıxışında deyib.

Hatəmi qeyd edib ki, İran bu silahdan heç bir zaman kütləvi qırğın törətmək niyyətində deyil: “Ancaq nüvə enerjisinə sahib olmaq İran üçün həyati əhəmiyyət daşıyır”.

Hatəmi ABŞ-ın İranın nüvə proqramını dayandırmaq niyyətinə etiraz edərək, deyib ki, raket gücü ölkənin gələcəyi üçün vacibdir: “ABŞ-ın şeytanlıqları İranın nüvə gücünü azaltdı, ancaq artıq nüvə anlaşması bitdi. Bu şərtlərdə indi İranı qoruyacaq əsas faktor nüvə raket gücüdür. Əgər bu gücü də əlimizdən alarlarsa, aydınlıq günümüz qaranlıq gecəyə dönər. Raket gücümüz imperialistlərin qorxusudur”.

Strateq.az xəbər verir ki, Hatəmin bu açıqlamaları Avropa mətbuatında böyük rezonans doğurub.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi