Azərbaycan Ağsaqqallar Şurasının sədri,deputat,rektor və “Azərittifaq” rəhbərinin sərvətinin siyahısı

Azərbaycan Ağsaqqallar Şurasının sədri,deputat,rektor və “Azərittifaq” rəhbərinin sərvətinin siyahısı - FOTOLAR

"Baxın, həmin Eldar Quliyevdir, unun qiymətinin qalxmasına az qala əhalinin "çörək israfçılığı" ilə haqq qazandırmağa çalışan rektor-deputat. Sir-sifətindən yağ damır..."

Faktinfo.az bildirir ki, bu sözləri özünün "facebook" səhifəsində araşdırmaçı-jurnalist Cavanşir Həsənli yazır:

Daha sonra C.Həsənli qeyd edir: "Sentyabrda benzinin qiyməti qalxanda deyirdi ki, 15 qəpiklə heç kim kasıblamaz. Həmin Eldar Quliyevdir ki, bir vaxtlar Fransa fahişəxanalarındakı qadınlarla söhbətlərindən ağızdolusu danışırdı. Həmin Eldar Quliyevdir ki, gətirib hələ bir Ağsaqqallar Şurasına sədr "seçdilər".
Eldar Quliyev xalqı qınayanda adama elə gəlir insanlarımız acgözdür. Sanki Nəsimi bazarının yanındakı 16 mərtəbəli binanı bu "gözütox" deputat tikməyib. Elə bil Mərdəkandakı KARVAN PALACE HOTEL-in sahibi hansısa çörəyə "görməmişcəsinə yanaşan"ın birisidir.

Başını qumluğa soxmuş dəvəquşu misalı. Səsi-ünü Ukraynadan da gəlir.
İndi isə "(un) ələkçilərinə qılverən" deputatın kürəkəni Səfərov Abbas Tofiq oğlunun adına açdığı şirkətlərin bir qismini nəzərinizə çatdırmaq istəyirəm:


? "KAPİTOL" MƏNZİL TİKİNTİ KOOPERATİVİ
Qeydiyyat ünvanı: NƏSİMİ RAYONU, BÜLBÜL PR., ev 65"A", m. 17
? "EPOTOS-BAKI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Qeydiyyat ünvanı: NƏSİMİ RAYONU, BÜLBÜL PR., ev 65"A", m. 17
? "HİGT CONTRAKT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Qeydiyyat ünvanı: NƏSİMİ RAYONU, BÜLBÜL PR., ev 65"A", m. 17
? "MONALİT-ALFA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Qeydiyyat ünvanı: NƏSİMİ RAYONU, BÜLBÜL PR., ev 65"A", m. 17
? "ELEQANT-M" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
? "ART-PUZZLE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Qeydiyyat ünvanı: NƏSİMİ RAYONU, BÜLBÜL PR., ev 65"A", m. 17
? "PLANET TUR" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Qeydiyyat ünvanı: NƏSİMİ RAYONU, BÜLBÜL PR., ev 65"A", m. 17
? "SUPERSERVİS" (ПРИВАТНЕ ПІДПРИЄМСТВО "СУПЕРСЕРВІС") - Ukrayna, Odessa şəhəri
? KARVAN PALACE HOTEL - MƏRDƏKAN

Nəsimi bazarının yanında tikilmiş 16 mərtəbəli binanın tikintisi deputata və kürəkəninə məxsus "KAPİTOL" MƏNZİL TİKİNTİ KOOPERATİVİ tərəfindən həyata keçirilib.
Və 20 ildir deputat mandatı gəzdirən Eldar Quliyev fəxarətlə deyir ki, rəqibi yoxdur. Düz deyir, alt paltarlarından çıxan saxta bülletenlərlə mandat əldə edənlərin rəqibi olmur".

Azərbaycan Ağsaqqallar Şurasının sədri,deputat,rektor və “Azərittifaq” rəhbərinin sərvətinin siyahısıAzərbaycan Ağsaqqallar Şurasının sədri,deputat,rektor və “Azərittifaq” rəhbərinin sərvətinin siyahısıAzərbaycan Ağsaqqallar Şurasının sədri,deputat,rektor və “Azərittifaq” rəhbərinin sərvətinin siyahısıAzərbaycan Ağsaqqallar Şurasının sədri,deputat,rektor və “Azərittifaq” rəhbərinin sərvətinin siyahısıAzərbaycan Ağsaqqallar Şurasının sədri,deputat,rektor və “Azərittifaq” rəhbərinin sərvətinin siyahısıAzərbaycan Ağsaqqallar Şurasının sədri,deputat,rektor və “Azərittifaq” rəhbərinin sərvətinin siyahısıAzərbaycan Ağsaqqallar Şurasının sədri,deputat,rektor və “Azərittifaq” rəhbərinin sərvətinin siyahısıAzərbaycan Ağsaqqallar Şurasının sədri,deputat,rektor və “Azərittifaq” rəhbərinin sərvətinin siyahısıAzərbaycan Ağsaqqallar Şurasının sədri,deputat,rektor və “Azərittifaq” rəhbərinin sərvətinin siyahısıAzərbaycan Ağsaqqallar Şurasının sədri,deputat,rektor və “Azərittifaq” rəhbərinin sərvətinin siyahısı
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər