Azərbaycan alimləri,filoloqları niyə susur?

Azərbaycan alimləri,filoloqları niyə susur? -Hansı gün üçün lazımlıdır alimlərimiz?

Molla rejimi başını itirib. Rejim vaxtaşırı Azərbaycan Respublikasının mütəfəkkirlərini öz adına çıxmaqdan belə utanmır.Bu mənada növbəti dəfə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin həqiqətlə əlaqəsi olmayan fikri tirajlanıb.

Kənani "Fars dili eşq və ürfan dilidir. Bunda həkim Nizaminin (Nizami Gəncəvi nəzərdə tutulur – red.) böyük yeri var. Onunla müqayisə olunacaq çox az şair tapmaq olar. Nizaminin fars dilində “Xəmsə”si, xüsusilə “Fərhad və Şirin”, “Leyli və Məcnun” və “7 gözəl” əsərləri eşq mövzusunda rəqibsiz nümunələrdir. Bu ədəbiyyatın kökləri onun şəxsi inamından bəslənir",-deyib.

O,iddia edib ki, Gəncə guya "İran şəhəri",Nizami isə "fars zadəganlarından olan İran şairi"dir.


Faktinfo.az xəbər verir ki,bu Nizami ilə bağlı birinci hal deyil. Belə ki,İran sabiq prezidenti  Məhəmməd Hatəmi illər əvvəl  Azərbaycana gələndə Gəncə şəhərinə getdi.O,Nizami Gəncəvinin anadan olduğu Gəncə şəhərinin yaxınlığında yerləşən Nizami məqbərəsini ziyarət edərkən "Dahi Nizamini Azərbaycanla bağlayan ancaq onun uyuduğu torpaqdır",- dedi və əsəbləri tarıma çəkdi. "Yalan maşını" o zamandan işə düşmüşdü,indi də başqa mənada təkrarlanır.



O dövr MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASININ kövrək illəri idi, Məhəmməd Hatəminin bu "fikrinə" də tarixi mənbələrə əsaslanaraq cavab verilməməsini təbii qəbul etmək olardı.İndi nə olub? Müstəqil Azərbaycan Respubilkasının ki,müəyyən mənada oturuşmuş vaxtına təsadüf edir Kənaninin "iddiası."


Azərbaycan alimləri,filoloqları niyə susurlar? Nədən,İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin fikirlərinə kəskin münasibət bildirilmir? Sual olunar,hansı gün üçün lazımlıdır  alimlərimiz?

FAKTİNFO.AZ

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi