Azərbaycan Azad Respublikaçılar Parytiyasının (AARP) seçki qərargahının toplantısı keçiriləcək

Azərbaycan Azad Respublikaçılar Parytiyasının (AARP) seçki qərargahının toplantısı keçiriləcək 

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidovun 62 saylı Saatlı seçki dairəsindən Milli Məclisə namizədliyi qeydə alınıb.

 Kamil Seyidov namizədliyinin qeydə alınması üçün imzatoplama kampaniyasında ona imza vermiş, seçki qərargahında fəal iştirak etmiş Saatlı seçicilərinin hər birinə öz dərin təşəkkürünü bildirir, obyektiv qərar çıxardıqlarına görə 62 saylı Saatlı seçki dairəsinin sədrinə və komissiya üzvlərinə səmimi minnətdarlıq edir.

Partiya fəalları 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar Parlament seçkisi ilə əlaqədar 17.01.2020-ci il tarixdən başlanan təbliğat, təşviqat kampaniyasının yüksək şəkildə keçirilməsi üçün zəruri tədbirlərin görülməsinin vacibliyini bildirirlər.

Partiyadan Faktinfo.az-a verilən məlumatda o da bildirilir ki, 15.01.2020-ci il tarixində seçki qəragahının sədri, AARP-nin sədr müavini Tərahim Abbasovun rəhbərliy ilə seçki qərərgahının toplantısının keçirilməsi, növbəti seçki mərhələsində təbliğat, təşviqat işinin yüksək səviyyədə aparılması ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi