Azərbaycan Beynəlxalq Bankı ADAU-ya kitablar hədiyyə etdi

Azərbaycan Beynəlxalq Bankı ADAU-ya kitablar hədiyyə etdi - FOTOLAR

Azərbaycan Beynəlxalq Bankı tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) "Dövlət maliyyəsi və dövlət siyasəti" adlı kitablar hədiyyə olunub.

ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutunun professoru, dünya şöhrətli iqtisadçı alim Conatan Qruberin müəllifi olduğu kitabın orijinalı Azərbaycan Beynəlxalq Bankın dəstəyi ilə TEAS Press nəşriyyatı tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq çap edilib.

Faktinfo.az xəbər verir ki,müvafiq sahədə ixtisaslaşan təhsil müəssisələrinə və insanlara hədiyyə olaraq nəşr olunan kitab 896 səhifədən, dövlət maliyyəsinin mahiyyəti, kənar təsirlər və ictimai məhsullar, sosial sığorta və yenidən bölgü, vergiqoyma nəzəriyyə və praktikada hissələrindən ibarətdir. Nəşrlə ADAU-nun əsaslı kitabxanasında, Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə fakültələrinin sərbəst kompyuter otaqlarında tanış olmaq olar.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov göstərilmiş dəstəyə görə Azərbaycan Beynəlxalq Bankının rəhbərliyinə təşəkkürünü bildirir

Azərbaycan Beynəlxalq Bankı ADAU-ya kitablar hədiyyə etdiAzərbaycan Beynəlxalq Bankı ADAU-ya kitablar hədiyyə etdiAzərbaycan Beynəlxalq Bankı ADAU-ya kitablar hədiyyə etdiAzərbaycan Beynəlxalq Bankı ADAU-ya kitablar hədiyyə etdi
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər