Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub

Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub -Kamaləddin Qafarov

Azərbaycanın hər gün daha da möhkəmlənən beynəlxalq mövqeləri, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əldə olunan siyasi və iqtisadi nailiyyətlər getdikcə daha çox ölkənin, hətta Çin kimi qlobal güc olan dövlətlərin belə ölkəmizə maraq və diqqətini artırır.

Qeyd olunmalıdır ki, “China Media Group” media korporasiyasının əməkdaşının dövlətimizin başçısına ünvanladığı suallardan açıq-aşkar məlum olur ki, beynəlxalq ictimaiyyətin ümumilikdə ölkəmizlə yanaşı konkret olaraq Prezident İlham Əliyevin şəxsiyyətinə olan marağı da çox yüksəkdir. Bu, ilk növbədə, möhtərəm dövlət başçımızın şəxsi liderlik keyfiyyətləri, siyasi iradəsi və diplomatik məharəti nəticəsində formalaşan münasibətdir.” Çin kimi dünyanın ən güclü iqtisadiyyatlarından birinə, bəlkə də birincisinə sahib olan bir dövlətin nüfuzlu media təmsilçisinin Azərbaycanın dünyanın dəyişməkdə olan geosiyasi mənzərəsi fonunda həssas rol oynayaraq böyük nailiyyətlər əldə etdiyini, iqtisadi və sosial baxımdan özü üçün nadir inkişaf yolu yarada bildiyini söyləməsi, birmənalı olaraq, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun təntənəsinin etirafıdır.

Faktinfo.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında deputat Kamaləddin Qafarov deyib.

Deputatın fikrincə, Çinin təkcə məhdud siyasi və iqtisadi dairələrində deyil, həmçinin geniş ictimaiyyət tərəfindən Prezident İlham Əliyevin çıxış və müsahibələri izlənilir və yüksək qiymətləndirilir.

“İki il bundan öncə möhtərəm dövlət başçımızın BBC-nin jurnalistinə verdiyi müsahibəni xatırlayan “China Media Group”-un müxbiri həmin müsahibədən sonra Çin ictimaiyyətində Qərblə münasibətdə maraqların tarazlaşdırılması üçün bir ölkə rəhbərinin məhz bu cür addım atmalı olduğuna dair fikir formalaşdığını deməklə, Prezident İlham Əliyevin onların ölkəsində də siyasi lider kimi böyük nüfuza sahib olduğunu etiraf etmiş oldu.”

Deputat Prezident İlham Əliyevin müsahibəsində vacib məqamlardan biri kimi, Azərbaycan-Çin münasibətlərinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri barədə deyilənləri qeyd edib:

“Azərbaycan-Çin dostluq münasibətlərinin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Bu faktı Çin ictimaiyyətində də yaxşı bilirlər və buna görə Ulu Öndərimizin xatirəsini ehtiramla yad edirlər. Prezident İlham Əliyevin dediyi kimi, Ümummilli Lider Heydər Əliyev Çinə etdiyi səfərləri, bu ölkənin rəhbərləri ilə keçirdiyi görüşləri ilə dövlətlərimiz arasında əməkdaşlığın çərçivəsini yaratmışdır. Bu gün həmin münasibətlər qarşılıqlı hörmət əsasında inkişaf edərək dostluq əlaqələrinə çevrilib. Çinli jurnalist Ulu Öndərin onların ölkəsinə rəsmi səfərləri zamanı rəsmi proqramdan əlavə sadə çinli ailələrlə görüşdüyünü, onların həyatı ilə maraqlandığını bildirdi. Hələ SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdığı vaxtlardan Çini yaxşı tanıyan Ümummilli Liderimiz artıq müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra bu ölkə ilə ikitərəfli münasibətlər qurmağı özünün xarici siyasət prioritetlərindən birinə çevirmişdi.”

K.Qafarov Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin böyük inkişaf perspektivlərinə malik olduğuna dair ifadə etdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq deyib:

“Möhtərəm dövlət başçımız öz müsahibəsində bildirmişdir ki, Azərbaycan-Çin münasibətləri bu gün əla səviyyədədir və ikitərəfli əlaqələrin geniş gündəliyi, əməkdaşlığın çox aydın perspektivləri vardır. Ölkələrimizin əksər siyasi və iqtisadi məsələlərdə mövqeləri üst-üstə düşür. İki ölkə arasında qarşılıqlı ticarətin həcmi getdikcə artır və bu sahənin də böyük potensialı var. Xüsusilə yeni nəqliyyat marşrutları ölkələrimizin gələcəkdə daha da yaxınlaşmasında böyük rol oynayacaqlar. Əlbəttə ki, bu məqam regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq. Dövlət başçımızın dediyi kimi, ölkələr qarşılıqlı faydalı əməkdaşlıq formatı çərçivəsində birləşirsə, bu, regionun sabitliyini, proqnozlaşdırılmasını, firavanlığını və inkişafını daha da gücləndirir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi