Azərbaycan Gürcüstandan şərab idxalını artırıb

Azərbaycan Gürcüstandan şərab idxalını artırıb 

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 8 814 şüşə şərab idxal edib.

Report.az Gürcüstan bürosu xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Şərab Agentliyi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8% çoxdur.

Hesabat dövründə Gürcüstan 32 ölkəyə, ümumilikdə, 12,2 mln. şüşə şərab ixrac edib ki, bu da illik müqayisədə 13% çoxdur. Qonşu ölkənin şərab ixracından əldə etdiyi gəlirin məbləği isə 21% artaraq 30 mln. dollara çatıb.

Gürcüstandan ən çox şərab idxal edən ölkələrin ilk beşliyinə Rusiya (8 688 854 şüşə), Ukrayna (976 482 şüşə), Polşa (628 022 şüşə), Çin (600 783 şüşə) və Qazaxıstan (346 152 şüşə) daxil olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi