
Kənd təsərrüfatı sahəsində elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addım atılıb - FOTO
Faktinfo.az-a Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutundan verilən məlumatda bildirilir ki, Azərbaycan ilə Özbəkistan arasında kənd təsərrüfatı sahəsində elmi əməkdaşlıq əlaqələrinin genişlənməsi istiqamətində daha bir mühüm addım atılıb.
Belə ki,Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti – o cümlədən nazirliyin tabeliyində fəaliyyət göstərən dörd Elmi-Tədqiqat İnstitutunun direktorları – Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda (ETİ) rəsmi səfərdə olublar. Səfər çərçivəsində institutun maddi-texniki bazası ilə yaxından tanışlıq həyata keçirilib, mütəxəssislərlə görüşlər keçirilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qonaqları səmimiyyətlə qarşılayan institutun direktoru, tanınmış alim, akademik İbrahim Cəfərov Azərbaycan kənd təsərrüfatında son illərdə əldə olunmuş elmi nailiyyətlər, eləcə də beynəlxalq əməkdaşlıq imkanları barədə ətraflı məlumat verib. O, vurğulayıb ki, Azərbaycanla Özbəkistan arasında bu istiqamətdə qurulan münasibətlər strateji xarakter daşıyır və qarşılıqlı təcrübə mübadiləsi hər iki ölkənin kənd təsərrüfatı sektorunun inkişafına əhəmiyyətli töhfə verəcək.
Görüşün yekununda Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Pambıq Seleksiyası, Toxumçuluğu və Becərməsinin Aqrotexnologiyası ETİ ilə Bağçılıq, Üzümçülük və Şərabçılıq ETİ arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənəd qarşılıqlı elmi layihələrin icrası, birgə tədqiqatlar, mütəxəssis mübadiləsi və yeni texnologiyaların tətbiqini nəzərdə tutur.
Bu mühüm sənədin imzalanması iki qardaş ölkə arasında aqrar sahədə elmi əlaqələrin daha da möhkəmlənəcəyinə inam yaradır.
Əməkdaşlığınız xeyirli və uğurlu olsun, İbrahim müəllim!







Bu xəbər üçün şərh yazın