Azərbaycan Milli Kitabxanasında “18 sentyabr Milli Musiqi günü” adlı virtual sərgi istifadəçilərə təqdim olundu

Azərbaycan Milli Kitabxanasında “18 sentyabr Milli Musiqi günü” adlı virtual sərgi istifadəçilərə təqdim olundu 

18 sentyabr - Azərbaycanda Milli Musiqi günüdür. Bu tarix Şərqdə ilk operanın müəllifi, Azərbaycan peşəkar musiqi sənətinin banisi, böyük musiqişünas-alim Üzeyir Hacıbəyovun doğum günü ilə əlaqədardır.

Üzeyir Hacıbəyovun Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətlərini nəzərə alaraq 1995-ci il 18 sentyabr tarixində Ümummilli lider Heydər Əliyev tərəfindən dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması ilə bağlı Fərman imzalandı. Fərmana əsasən həmin tarixdən etibarən Üzeyir Hacıbəyovun doğum günü Milli Musiqi Günü kimi ölkə miqyasında keçirilməyə başladı.

Üzeyir Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixində yeni inkişaf yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur.

Faktinfo.az xəbər verir ki,Milli Musiqi günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “18 sentyabr Milli Musiqi Günü” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə mövzu ilə əlaqədar fotolar, kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Milli_Musiqi_gunu/index.htm  linkindən istifadə edə bilər.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi