Azərbaycan Milli Kitabxanasından: şübhələnməyə heç bir əsas yoxdur
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovdan bir sıra saytlarda 736.704,21 AZN-lik tenderlə bağlı yayılmış məlumata münasibət öyrənmək mümkün olmayıb.
Azərbaycan Milli Kitabxanasından faktinfo.az-a adının açıqlanmasını istəməyən şəxsin bildirdiyinə görə,"BİLGƏ QRUP" QSC-nin 736.704,21 AZN-lik tenderlə bağlı qalib olmasında müəmmalı heç nə yoxdur. Eləcə də,"BİLGƏ QRUP" QSC-nin qanuni təmsilçisinin kitabxana rəhbərliyi ilə heç bir əlaqəsi mövcud deyildir.
Məlumatda o da qeyd edilib ki,burada şübhə doğuracaq bir əsas yoxdur,tenderin nəticəsini də bu şəkildə qələmə vermək uyğun yanaşma hesab edilmir. Çünkü M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının müxtəlif təyinatlı və müxtəlif ölçülü ləvazimatların satın alınması ilə bağlı elan etdiyi tenderə,bir başa Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət edir.
Qeyd edək ki,Azərbaycan Milli Kitabxanasının elan etdiyi tenderin qalibi "BİLGƏ QRUP" QSC olub.QSC-nin qanuni təsmilçisi İsmayılov Elvin Sahib oğludur.Müqaviləyə əsasən Azərbaycan Milli Kitabxanası (Qarderob) divar boyu açıq rəfli asılqan, Radiator üzlüklü asılqanlı dolab, dəmirayaqlı asılqan və.s avadanlıqlarla təmin olunmalıdır.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın