Azərbaycan Milli Kitabxanasının yeni loqosunun təqdimat mərasimi keçirilib

Azərbaycan Milli Kitabxanasının yeni loqosunun təqdimat mərasimi keçirilib - FOTO

İyun ayının 25-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Milli Kitabxananın yeni loqosunun təqdimat mərasimi keçirilib.

Faktinfo.az xəbər verir ki,qonaqları salamlayaraq tədbiri açan Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov loqonun əsas mahiyyətindən bəhs edərək qeyd edib ki, loqo bir müəssənin, qurumun gördüyü işi təbliğ etmək üçün yaradılan simvollar toplusudur. Yeni loqonun əhəmiyyətini vurğuluyan direktor dövrün və zamanın tələblərinə uyğun olaraq yaradılan Milli Kitabxananın yeni loqosunun əsas elementlərinin milli kimliyimizin, dövlətçiliyimizin simvolu olan 8 guşəli ulduzun, açıq kitab cizgilərini və rəqəmsallaşanı ehtiva edən açıq komputer qarşısında insan siluetini əhatə etdiyini, ənənəvi kitabla müasir rəqəmsal dünyanın vəhdəti anlamına gələn elementləri əks edirdiyini bildirib. Milli Kitabxananın daşıdığı dəyərlərin, qarşıda duran vəzifələrin və statusunun məcmusunun yığcam şəkildə çatdırılması baxmından loqonun mühüm rol oynadığını söyləyib. Əlavə edib ki, Azərbaycan Milli Kitabxanası bu yeni loqosu ilə öz fəaliyyətini bütün dünyaya tanıdacaq və təbliğ edəcək.

Azərbaycan Milli Kitabxanasının yeni loqosunu təqdim edən Korporativ brendləşmə “MƏN” şirkətinin təsisçisi, loqonun dizayn müəllifi Elçin Aşurov bildirib ki, loqo muasir dövrdə hər hansı bir qurumun fəaliyyətində və təbliğində mühüm rol oynayır və əsas fundamental bünövrələrdən biri hesab edilir. Azərbaycan Milli Kitabxanasının yeni loqosunda 8 guşəli ulduz, kitab, insan və monitor silueti təsvir olunduğunu söyləyən Elçin Aşurov bildirib ki, kitab silueti bilik və mədəniyyətin simvolu kimi Milli Kitabxananın fəaliyyətinin əsas dəyəridir və bu dəyərə çox önəm verilir. Loqoda kitabın təsvir olunması elimə, biliyə, maarifləndirməyə və mənəvi inkişafa kitabla çatmağın mümkünlüyünə işarə etməklə yanaşı, Azərbaycan Milli Kitabxanasının biliklərin qorunması və yayılması missiyasını yerinə yetirdiyi əks etdirir. Dövlətçiliyimizi əks etdirirən 8 guşəli ulduzun Milli Kitabxananın loqosunda əks olunmasının bu kitabxananın öz fəaliyyətində dövlətçiliyə və milli kimliyimizə olan sədaqətini, eyni zamanda Kitabxananın milli statusunu ifadə etdiyini bildirib. İnsan və monitor silueti isə ənənəvi kitabxanaçılıqdan müasir elektron kitabxanaya keçidi, insana verilən dəyəri, resursların daha innovativ yolla əlçatan hala gəlməsində Milli Kitabxananın rolunu əks etdirdiyini vurğulayıb.

Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru tarix üzrə fəl.doktoru Nigar İsmayılova Azərbaycan Milli Kitabxanasının yeni loqosunda 8 guşəli ulduzun əks olunmağının milliliyi və dövlətçiliyi əks etdirməsi baxmından mühüm rol oynadığını bildirib. Əlavə edib ki, Respublikada ən zəngin kitab fonduna malik olan kitabxana Milli Kitabxanadır. Eyni zamanda rəqəmsallaşma və elektronlaşma istiqamətindəki fəaliyyəti sahəsində də ilk və öndədir. Bu gün respublikanın bütün kitabxanalarının elektronlaşdırma sahəsində Milli Kitabxanaya müraciət etdiyini vurğulayıb. Bu münasibətlə Milli Kitabxananı təbrik edib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktor müavini tarix üzrə fəl.doktoru Şəhla Quliyeva milli-mənəvi dəyərlərlə müasirliyin tendensiyasının bir arada vəhdətini əks etdirən yeni loqo münasibətilə Milli Kitabxananı təbrik edib və Azərbaycanda kitabxana fəaliyyətinin və kitabxanaşünaslıq sahəsinin flaqmanı olan Milli Kitabxanaya gələcək fəaliyyətində uğurlar arzulayıb və həmişə olduğu kimi Milli Kitabxananın bütün məsələlərdə digər kitabxanalarımız üçan örnək olduğunu diqqətə çatdırıb.

Digər çıxış edənlər də Milli Kitabxananı yeni loqosunun təqdimatı münasibətilə təbrik ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Faktinfo.az


Azərbaycan Milli Kitabxanasının yeni loqosunun təqdimat mərasimi keçirilibAzərbaycan Milli Kitabxanasının yeni loqosunun təqdimat mərasimi keçirilibAzərbaycan Milli Kitabxanasının yeni loqosunun təqdimat mərasimi keçirilibAzərbaycan Milli Kitabxanasının yeni loqosunun təqdimat mərasimi keçirilibAzərbaycan Milli Kitabxanasının yeni loqosunun təqdimat mərasimi keçirilibAzərbaycan Milli Kitabxanasının yeni loqosunun təqdimat mərasimi keçirilibAzərbaycan Milli Kitabxanasının yeni loqosunun təqdimat mərasimi keçirilibAzərbaycan Milli Kitabxanasının yeni loqosunun təqdimat mərasimi keçirilibAzərbaycan Milli Kitabxanasının yeni loqosunun təqdimat mərasimi keçirilibAzərbaycan Milli Kitabxanasının yeni loqosunun təqdimat mərasimi keçirilibAzərbaycan Milli Kitabxanasının yeni loqosunun təqdimat mərasimi keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi