Azərbaycan Pedaqoji Universitetində bıçaqlanma-

Azərbaycan Pedaqoji Universitetində bıçaqlanma- Gənc oğlan tələbə yoldaşını tualetdə...

Bakıda universitetdə bıçaqlanma hadisəsi baş verib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən Azərbaycan Pedaqoji Universitetinin əsas binasının sanitar qovşağında 3-cü kurs tələbəsi İbrahimov Rəşad Akif oğlu tələbə yoldaşını bıçaqlayıb. Müxtəlif dərəcəli xəsarətlər alan 1995-ci il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu qan içində xəstəxanaya aparılıb.

Kürək və qarın nahiyəsindən daxilə nüfuz etmiş ağır xəsarətlər alan Yusif Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi