Azərbaycan vətəndaşları müalicə üçün Türkiyəyə gedə biləcəklər-

Azərbaycan vətəndaşları müalicə üçün Türkiyəyə gedə biləcəklər- Detallar

Yeni növ koronavirus (COVID-19) pandemiyası fonunda Azərbaycan vətəndaşları müalicə üçün Türkiyəyə gedə biləcəklər.

APA.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 20-dən etibarən Azərbaycandan başqa, İraq, Liviya, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Yunanıstan, Ukrayna, Rusiya, Cibuti, Əlcəzair, Kosova, Şimali Makedoniya, Albaniya, Bosniya və Herseqovina, Rumıniya, Serbiya, Bolqarıstan, Moldova, Somali, Küveyt, Qətər, Bəhreyn, Oman, Almaniya, İngiltərə, Hollandiya, Pakistan, Qırğızıstan, Şimali Kipr vətəndaşları da müalicə üçün Türkiyəyə səfər edə biləcəklər.

Xəstələrin qəbulu xüsusi qaydalar əsasında keçiriləcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi