Azərbaycana xaricdən göndərilən pulun həcmi 32% artıb

Azərbaycana xaricdən göndərilən pulun həcmi 32% artıb 

2018-ci ilin 9 ayında iqtisadi tərəfdaş ölkələrində iqtisadi artımın davam etməsi qeyri-neft ixracı ilə yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.

 AMB-nin 2018-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında ilkin rəqəmlərə əsasən 2018- ci ilin 9 ayında ölkəyə daxil olan pul baratları 998 mln. ABŞ dolları təşkil edib.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 243 mln. manat və ya 32,2% çoxdur.

Bu ilin III rübünü 2016-cı ilin eyni dövrü ilə müqayisə edəndə məlum olur ki, ölkəyə daxilolan pul köçürmələri 337 mln. dollar 50,98% artıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi