Azərbaycanda 25 yaşlı qadın öldürüldü

Azərbaycanda 25 yaşlı qadın öldürüldü 

Sumqayıtda 25 yaşlı qadın tanışı tərəfindən boğularaq öldürülüb.

Hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb.

Mənzillərdən birinə keçirilən baxış zamanı oradan qadın meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib. Meyitə baxış zamanı onun boğularaq öldürüldüyü məlum olub.

Öldürülən şəxsin 1997-ci il təvəllüdlü Ayşən Məhərrəmova olduğu müəyyən edilib. Qətli törədənin öldürülən şəxsin tanışı olduğu və saxlanıldığı bildirilir.

Qeyd edək ki, 25 yaşlı qız həmin mənzildə kirayə yaşayırmış.

Faktla bağlı araşdırma aparılır./APA.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər